Haqqımızda
Sifarişlə mebel istehsalı kompaniyamızın əsas fəaliyyət istiqamətidir. Mebel şirkətimiz müştərinin istəklərini nəzərə alaraq istehsal olunan məhsulların yüksək keyfiyyətinə zəmanət verir.
Alaca istehsalat 1991-ci ildən başlayaraq Almaniya, İtaliya və Türkiyə istehsalı olan, beynəlxalq standartlara cavab verən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fabrikində ixtisaslı kadrlar çalışdırır. Biz öz müəssisəmizdə Avropadan, Türkiyədən, Cənubi Koreyadan gətirilmiş ekoloji cəhətdən təmiz xammaldan, eləcə də müxtəlif çeşidli yerli ağac və mebel materiallarından istifadə edirik. Şirkətin öz məhsullarının davamlı istehsalı və satışı sahəsində 29 illik təcrübəsi vardır. Şirkət bir sıra tanınmış xarici və yerli şirkətlərlə də uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. Şirkət məhsul bazarına uyğun olaraq müxtəlif çeşidli mebel istehsal edir və müxtəlif xidmətləri həyata keçirir.
Məhsul və xidmətlər spektrinə standart və ya özəl dizaynlarla istehsal olunan aşağıdakı məhsullar daxildir:
Ev mebelləri (qonaq otağı , yataq otağı , uşaq otağı, dəhliz , mətbəx mebeli və s.)
Ofis mebelləri (ofislər, banklar, otellər, bar, restoran və s. üçün mebel)Müxtəlif növlü materiallardan xarici və daxili qapılar
Avropa standartlarına uyğun odadavamlı qapıların istehsalı
Oyma və inkrustasiya işləri
Divarların, tavanların və sütunların ağac və digər mebel materialları ilə üzlənməsi
Köhnə (qədimi) mebellərin bərpası
Tərəf müqabillərimiz : EL TV Yevlax ofisi, Yevlax Maliyyə İdarəsi, Gəncə İH, Hərbi Prokurorluq, Standartlaşma və Metrologiya Komitəsinin Təcrübə SINAQ Mərkəzi,Gəncə Təhsil Şöbəsi, Yevlax İH, Bərdə İH, Tərtər İH, Ağdaş İH.
